Prezident: "Bu kənd uğrunda da şiddətli döyüşlər gedib"

Prezident: "Bu kənd uğrunda da şiddətli döyüşlər gedib" Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.
Qarabağ
15 Yanvar , 2021 12:55
Prezident: Bu kənd uğrunda da şiddətli döyüşlər gedib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

"Report" xəbər verir ki, videogörüntülərdə sükan arxasında oturan dövlət başçısı deyir:

"İndi isə Füzulidən Xocavənd rayonuna gedirik.Ondan sonra da Şuşa şəhərinə gedəcəyik. Qarşımızda gözəl mənzərə açılır. Gözəl vüqarlı dağlar, dağların başında qar. Gözəl Azərbaycan diyarımızdayıq. Bu isə Şəkərcik kəndidir. Şəkərcik kəndi isə Füzuli şəhərinə bitişik olan kənddir və Füzuli şəhəri azad olunanda Şəkərcik kəndi uğrunda da şiddətli döyüşlər gedib.

Düşmən işğal dövründə bütün bu əraziləri yerlə yeksan edib. Füzuli biz artıq şəhərində olmuşuq. O dəhşətli mənzərəni Azərbaycan xalqı görübdür. Bütün dünya görübdür və görməlidir.", - Prezident bildirib.

Son xəbərlər

Orphus sistemi