“Belqrad Azərbaycanın ərazi bütövlüyünün bərpasında və onun Qarabağ üzərində nəzarətində Serbiyadakı separatizm məsələsini həll etmək şansını görür”.
Bunu “Report”a açıqlamasında serbiyalı politoloq Mirko Dautoviç deyib.
Onun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsi üzərində tam nəzarəti bərpa etməsi Serbiyada nə vaxtsa Kosovo ilə də bağlı oxşar hadisələrin baş verəcəyinə ümid yaradır.
Politoloq vurğulayıb ki, Balkan regionu bir çox etnik münaqişələrin olduğu bölgənin sülh şəraitində birgə yaşaya biləcəyinə nümunədir: “Mənim təklif etdiyim Balkan nümunəsi ondan ibarətdir ki, ümumi iqtisadi maraqlar etnik gərginliyi və ölkələrin qonşularının öz ərazilərinin bir hissəsinə iddia etməsi ilə bağlı narahatlığını aradan qaldıra bilər. Ermənistan Bakı, Ankara və Tbilisinin iqtisadi tərəfdaşı olmaqla çox şey qazana bilər. Ermənistanın baş naziri Nikol Paşinyanın Qranadada keçirilən Avropa Siyasi Birliyinin sammitində Azərbaycanın sərhədlərini tanımaq qərarını düzgün istiqamətdə atılmış yaxşı addım kimi qiymətləndirirəm”.