Paulin Eyzema: “Aİ Azərbaycan və Ermənistan arasında danışıqlarda fəal iştirak edir”

Paulin Eyzema: “Aİ Azərbaycan və Ermənistan arasında danışıqlarda fəal iştirak edir” "Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlarda fəal iştirak edir. Tərəflərin sülh müqaviləsi üzərində işləməyə başlaması çox vacibdir".
Qarabağ
27 Aprel , 2022 12:27
Paulin Eyzema: “Aİ Azərbaycan və Ermənistan arasında danışıqlarda fəal iştirak edir”

"Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlarda fəal iştirak edir. Tərəflərin sülh müqaviləsi üzərində işləməyə başlaması çox vacibdir".

“Report” xəbər verir ki, bu barədə Niderland Azərbaycandakı səfiri Paulin Eyzema bildirib.

“Burada olduğum müddətdə bu istiqamətdə konkret addımların atılmasına şahidlik etmək istərdim”, - səfir deyib.

Onun sözlərinə görə, Niderland şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası işində iştirak edə bilərlər, lakin mina təhlükəsi bu prosesi ləngidir: “Bu keçmiş münaqişə zonasında çoxlu mina basdırılıb. Minatəmizləmə məsələsində ANAMA ilə əməkdaşlıq edirik. Bir Niderland şirkəti texniki avadanlıq təqdim edib. Həmçinin, ölkəmizin bu sahədə böyük təcrübəsi var”.

Son xəbərlər

Orphus sistemi