Norveçli səyahətçi: Qarabağın təbiəti valehedicidir

Norveçli səyahətçi: Qarabağın təbiəti valehedicidir Sevindirici haldır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası zamanı tarixi tikililər qorunub saxlanılır.
Qarabağ
2 May , 2024 13:53
Norveçli səyahətçi: Qarabağın təbiəti valehedicidir

Sevindirici haldır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası zamanı tarixi tikililər qorunub saxlanılır.

Bu barədə “Report”a açıqlamasında Azərbaycanın azad edilmiş ərazilərinə səfəri ilə bağlı təəssüratlarını bölüşən norveçli səyahətçi Liz Resvold bildirib.

“Burada çox gözəl yerlər var, Qarabağın təbiəti valehedicidir. Bu ərazilərdə bərpa işlərinin aparıldığının şahidi olduq. Sevindirici haldır ki, burada yeni binalar tikilməklə yanaşı, qədim tikililər də qorunub saxlanılır. Bu, çox yaxşı haldır, çünki onların hər birinin öz hekayəsi var”, - o vurğulayıb.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olurlar.

Son xəbərlər

Orphus sistemi