“NomadMania” səyyah klubunun Ağdama səfəri başlayıb

“NomadMania” səyyah klubunun Ağdama səfəri başlayıb “NomadMania” səyyah klubunun Ağdam şəhərinə səfəri başlayıb.
Qarabağ
24 aprel 2025 17:10
“NomadMania” səyyah klubunun Ağdama səfəri başlayıb

“NomadMania” səyyah klubunun Ağdam şəhərinə səfəri başlayıb.

"Report"un Ağdama ezam olunmuş əməkdaşının məlumatına görə, səyyahların şəhərə səfəri ermənilərin tamamilə dağıtdığı Şəhidlər Xiyabanını ziyarətlə başlayıb.

İşğal altında olduğu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər yaşayış məntəqələrində olduğu kimi, Ağdam şəhərində də vandalizm aktlarının törədildiyi səyyahların diqqətinə çatdırılıb.

Bildirilib ki, etnik təmizləmə ilə yanaşı, ərazidəki tarixi-mədəni abidələrin də məhv edilməsi Ermənistanın işğalçılıq siyasətinin əsasını təşkil edib. Odur ki, yalnız tarixi məkanlar deyil, məzarlıqlar da dağıdılıb, qəbirlərdəki qalıqlar çıxarılaraq yox edilib.

“NomadMania səyyah klubunun üzvləri Ağdam şəhərindəki Cümə məscidi və "İmarət" kompleksi də tanış olublar, bu abidələr barədə qonaqlara ətraflı məlumat verilib.

Ağdam şəhərini gəzən səyyahlar işğaldan azad edildikdən sonra ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, həmçinin burada geniş yenidənqurma işlərinin aparılması barədə də məlumatlandırılıblar. Ağdamın işğaldan azad olunduqdan sonra yenidən qurulan bir sıra kəndlərinə sakinlərin köçürülməsinə başlanıldığı da qonaqların diqqətinə çatdırılıb.

Orphus sistemi