Neftçalada Vətən Müharibəsi şəhidinin büstünün açılışı olub

Neftçalada Vətən Müharibəsi şəhidinin büstünün açılışı olub Neftçala rayonunda Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun büstünün açılışı olub
Qarabağ
12 Aprel , 2021 22:43
Neftçalada Vətən Müharibəsi şəhidinin büstünün açılışı olub

Neftçala rayonunda Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun büstünün açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, açılış mərasimində şəhidin ailə üzvləri, yaxınları, habelə karantin qaydaları ilə əlaqədar olaraq rayonun rəhbərliyi də daxil olmaqla, məhdud sayda şəxslər iştirak edib.

Açılış mərasimində çıxış edənlər Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalçılarından azad olunmasından və qələbəmizdə Xüsusi Təyinatlı Qüvvəllərin baş giziri şəhid Camal İsmayılov kimi vətənpərvər hərbçilərimizin xüsusi rəşadətindən, döyüş yolundan danışıblar.

Qeyd edək ki, şəhid Camal İsmayılov 1984-cü ildə Neftçala rayonunda anadan olub. O, Vətən Müharibəsində şəhid olub.

Son xəbərlər

Orphus sistemi