Nazir: “Zəngəzur dəhlizinin tikintisinə mane olmaq Ermənistana ziyandır”

Nazir: “Zəngəzur dəhlizinin tikintisinə mane olmaq Ermənistana ziyandır” “Zəngəzur dəhlizinin tikintisinə mane olmaq Ermənistanın özünə ziyandır”.
Qarabağ
27 Dekabr , 2022 16:27
Nazir: “Zəngəzur dəhlizinin tikintisinə mane olmaq Ermənistana ziyandır”
Ceyhun Bayramov

“Zəngəzur dəhlizinin tikintisinə mane olmaq Ermənistanın özünə ziyandır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 30 il davam edən münaqişə heç kimə, o cümlədən Ermənistanın özünə də xeyir gətirmədi.

O bildirib ki, Ermənistan inkişaf etmək üçün praqmatik addımlar atmalıdır.

Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsinə münasibət bildirən XİN başçısı hər iki tərəfin öz təkliflərini irəli sürməsinin tamamilə təbii hal olduğunu söyləyib.

"Onlar müzakirə olunmalıdır. Tərəflər görüntü üçün təkliflər irəli sürməməli, öz təkliflərinizə əməl etməlidir. Belə ki, bu yaxınlarda Ermənistan təkliflərini irəli sürdü, amma ertəsi gün birgə iclasda iştirakdan imtina etdi. Heç bir tərəf heç vaxt bütün təkliflərinin qeyd-şərtsiz qəbul edəcəyini gözləmir. Ermənistan daim sırf auditoriya üçün səs-küylü bəyanatlar verir və real addımlar atmır”, - C.Bayramov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi