Nazir: "Qarabağdakı abidələrin dağıdılmasının qarşısının alınması üçün UNESKO ilə danışıqlar aparırıq"

Qarabağ
  • 01 iyul, 2019
  • 09:36
Nazir: Qarabağdakı abidələrin dağıdılmasının qarşısının alınması üçün UNESKO ilə danışıqlar aparırıq
Mədəniyyət naziri Əbülfəs Qarayev
Report / Elchin Murad

"Uzun illərdir Dağlıq Qarabağdakı abidələr ermənilər tərəfindən dağıdılır. Bu, yolverilməzdir".

"Report"un xəbərinə görə, bunu Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu məsələ bütün beynəlxalq tədbirlərdə qaldırılır: "Oraya daxil olub nəzarət edə bilmədiyimizə görə belə hallar baş verir. Azərbaycan hökuməti bu istiqamətdə UNESKO ilə danışıqlar aparır. Biz bu işə beynəlxalq ictimaiyyətin qoşulmasını arzu edirik".