Moldova prezidenti: "Azərbaycan ilə Ermənistan arasında olan problemlər bizdə yoxdur"

Moldova prezidenti: "Azərbaycan ilə Ermənistan arasında olan problemlər bizdə yoxdur" "Biz birgə yaşayırıq"
Qarabağ
1235
2 İyun , 2017 05:37
Moldova prezidenti: Azərbaycan ilə Ermənistan arasında olan problemlər bizdə yoxdur
Courtesy İmage

Bakı. 2 iyun. REPORT.AZ/ "Moldova ölkəni birləşdirmək üçün Dnestryanı ilə istənilən güzəştə getməyə hazırdır".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Moldova Prezidenti İqor Dodon "Komsomolskaya pravda"ya müsahibəsində bildirib.

"Mən ölkəni birləşdirmək üçün istənilən güzəştə hazıram. Onların nəyi var, hamısını saxlamaq lazımdır. Mən, ümumiyyətlə "Dnestryanı Moldova Respublikası"nın Moldovanın tərkibində malik olduğu hər şeyin saxlanmasının tərəfdarıyam. Ümumi sərhədlər, ümumi büdcə, bank və ordu sistemi istisna olmaqla. Belə isə öz parlamentləri, baş nazirləri, prezidentləri, bayraq və himnləri olsun", - o qeyd edib.

Dodon federativ dövlət quruluşunun tərəfdarı olduğunu bildirib: "Danışıqlar masası arxasında oturmaq və hansı statusun olacağına nəzər salmaq lazımdır. Mən əminəm ki, Rusiya buna razı olacaq. Bizim Qərb tərəfdaşlarımız da bunu dəstəkləyəcək. Mən bu məsələni Brüsseldə də müzakirə etdim. Sadəcə oturmaq və problemi həll etmək lazımdır. Xüsusən də, misal üçün, Azərbaycan ilə Ermənistanla arasında mövcud olan problemlər bizdə yoxdur. Biz birgə yaşayırıq".

Son xəbərlər

Orphus sistemi