Müdafiə Nazirliyi: Azərbaycan ordusu heç bir itki verməyib

Müdafiə Nazirliyi: Azərbaycan ordusu heç bir itki verməyib “Həmin istiqamətdə Bizim tərəfimizdən heç bir hücum olmayıb. Əksinə, dövlət sərhədinin bizim tərəfdəki hissəsində sakitlik saxlanılır, bizim heç bir itkimiz yoxdur”.
Qarabağ
22 İyul , 2020 00:42
Müdafiə Nazirliyi: Azərbaycan ordusu heç bir itki verməyib
0 : 00
0 : 00

Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin son açıqlamasını uydurma və dezinformasiya adlandırıb.

“Bu istiqamətdə yeni bir hücum olmayıb. Əksinə, dövlət sərhədindəki sahəmizdə sakitlik hökm sürür, itkilərimiz yoxdur.

Lakin sərhədin o biri tərəfində erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunub. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşitdik. Görünür, erməni hərbçiləri arasında növbəti atışma baş verib.
Bir daha qeyd etmək istəyirəm ki, heç bir yeni hücum həyata keçirilməyib, bizim tərəfimizdən itkilər olmayıb. Erməni tərəfinin məlumatı növbəti bir dezinformasiyadır”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin iddialarını cavablandırarkən deyib.

Son xəbərlər

Orphus sistemi