“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları Zəngilanda aparılan bərpa işləri ilə tanış olublar.
“Report” xəbər verir ki konfransda 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir.
Əvvəlcə tədbir iştirakçıları Zəngilan məscidinə baş çəkiblər. Onlara məlumat verilib ki, yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub.
Onlar regionun işğaldan azad edilməsindən sonra keçmiş məcburi köçkünlərin geri qayıtdıqları ilk yaşayış məntəqəsi olan Ağalı kəndinin küçələrini gəziblər.
Qonaqlar yerli məktəbə və Dövlət Xidmətləri Mərkəzinə baş çəkiblər.