Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - FOTO
Qarabağ
- 16 iyun, 2021
- 08:20
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Qubadlının Qəzyan kəndində ermənilər tərəfindən dağıdılmış məzarı bərpa olunub.
“Report”un xəbərinə görə, bu barədə sosial şəbəkələrdə foto paylaşılıb.
Qeyd edək ki, Ə.Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Onun son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Ə.Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Ə.Əliyev Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.
Son xəbərlər
11:03
Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır
İnfrastruktur11:02
"Şamaxı" braziliyalı futbolçusu Sezar Enrike ilə yollarını ayırıb
Futbol11:00
ASCO-nun "Azərbaycan" gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
İnfrastruktur10:57
Azərbaycanda aqrar sahədə ixracın dəyərinin 2 milyard dollara çatdırılması hədəflənir
ASK10:57
Komitə sədri: Azərbaycanda dini dəyərlər ictimai mühitin ayrılmaz hissəsi kimi qorunur
Din10:57
Dövlət Xidməti: Dövlət informasiya resurslarına çoxsaylı kibertəhdidlərin qarşısı operativ alınıb
İKT10:55
ADSEA: Qarabağ Su Regional İdarəsinin işçilərinin çoxu keçmiş məcburi köçkünlərdir
İnfrastruktur10:53
Saməddin Əsədov: "Rəqəmsallaşma gücləndikcə kiber təhlükəsizliyin əhəmiyyəti artır"
İKT10:52