Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - FOTO
Qarabağ
- 16 iyun, 2021
- 08:20
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Qubadlının Qəzyan kəndində ermənilər tərəfindən dağıdılmış məzarı bərpa olunub.
“Report”un xəbərinə görə, bu barədə sosial şəbəkələrdə foto paylaşılıb.
Qeyd edək ki, Ə.Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Onun son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Ə.Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Ə.Əliyev Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.
Son xəbərlər
18:38
İran ABŞ ilə Omanda danışıqlar zamanı uranın sıfır zənginləşdirilməsinə razılaşmayıb
Region18:34
Ermənistanda parlament seçkilərinin keçiriləcəyi tarix açıqlanıb
Region18:31
Avropa Komissiyası STEAS və TISS-in "SOCAR Terminal"a birgə nəzarətini təsdiqləyib
Energetika18:29
Foto
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Hərbi18:19
Azərbaycan Rusiyaya nota verib
Xarici siyasət18:12
Əraqçi: Bugünkü danışıqlar yaxşı başlanğıc olub
Region18:11
Səfir: Əmman və Bakı 2026-cı ildə fəal dialoq planlaşdırır
Xarici siyasət18:07
Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirindəki ilk rəqibləri müəyyənləşib
Fərdi18:05