“Silahlı insidentlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının əhəmiyyətini göstərir”.
Bunu “Report”a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
“Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və iki ölkə liderləri razılaşaraq sülh sazişi imzalanana qədər belə insidentlərin davam edəcəyini gözləmək olar”, - o vurğulayıb.
Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Ermənistan ordusunun bölmələri Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, minaatanlardan, artilleriya qurğularından və PUA-lardan atəşə tutub. Nəticədə 3 hərbçimiz yaralanıb.