Məcburi köçkünlər soyqırımı qurbanlarını belə andı - VİDEO

Məcburi köçkünlər soyqırımı qurbanlarını belə andı - VİDEO Bakının Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksinin məcburi köçkün sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasına orijinal tərzdə dəstək veriblər.
Qarabağ
26 Fevral , 2020 19:19
Məcburi köçkünlər soyqırımı qurbanlarını belə andı - VİDEO

Bakının Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksinin məcburi köçkün sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasına orijinal tərzdə dəstək veriblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, fevralın 25-i gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.

Beləliklə, məcburi köçkünlər həmrəylik və birlik nümayiş etdirərək soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca “JUSTİCE FOR KHOJALY”, “XOCALI” sözləri və soyqırımının baş verdiyi tarixi, soyqırımı qurbanlarının sayını, faciədən ötən müddəti ifadə edən “26 02 1992”, “613”, “28” rəqəmləri əks olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qobu Park”da təşkil edilmiş bu işıqlı anım aksiyası barədə videoçarx mediada və sosial şəbəkələrdə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi