Masallıda şəhid adına tikilən bulağın açılışı olub

Masallıda şəhid adına tikilən bulağın açılışı olub Masallı rayonunun Ərəb kəndində şəhid Masim Qurbanovun adına tikilən bulağın açılışı olub.
Qarabağ
11 Yanvar , 2022 14:11
Masallıda şəhid adına tikilən bulağın açılışı olub

Masallı rayonunun Ərəb kəndində şəhid Masim Qurbanovun adına tikilən bulağın açılışı olub.

"Report"un Muğan bürosu xəbər verir ki, abidə-bulaq kompleksində həmçinin Birinci Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalan, Ərəb kəndindən olan qəhrəman oğulların xatirə lövhələri yerləşdirilib.

Tədbir başlamazdan əvvəl kəndə dəvət olunmuş hərbi musiqiçilərin canlı orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himni ifa olunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhid ailələri, qazilər, hərbçilər və müharibə iştirakçıları, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları, kənd sakinləri, digər yerlərdən gələn qonaqlar iştirak edib.

Tədbirdə çıxış edənlər zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin tarixi əhəmiyyətindən, bu kənddən olan şəhidlərin, şəxsən şəhid Masim Qurbanovun döyüşçü kimi Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında fəal iştirak edən və düşmənlə üz-üzə gələrək onların ağır itki verməsində xüsusi rolu olduğunu vurğulayıb, Masimin sonuncu dəfə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəldiyini, şəhidlik zirvəsinə ucaldığını qeyd ediblər.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər.

Qeyd edək ki, Masim Qurbanov 7 yanvar 2001-ci ildə rayonun Ərəb kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib. 2019-cu ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsinə yollanaraq şəhadətə yüksəlib.

Son xəbərlər

Orphus sistemi