Malayziya səfiri: "Baş çəkdiyimiz bütün ərazilərdə ibadət yerlərinin dağıdıldığını gördük"

Malayziya səfiri: "Baş çəkdiyimiz bütün ərazilərdə ibadət yerlərinin dağıdıldığını gördük" “Səfərimiz çərçivəsində işğaldan azad edilən ərazilərə baş çəkdik. Gördüyümüz səhnələr haqqında kifayət qədər məlumat verildi"
Qarabağ
8 Aprel , 2021 12:00
Malayziya səfiri: Baş çəkdiyimiz bütün ərazilərdə ibadət yerlərinin dağıdıldığını gördük
Dato Yubazian Bin Yusof

“Səfərimiz çərçivəsində işğaldan azad edilən ərazilərə baş çəkdik. Gördüyümüz səhnələr haqqında kifayət qədər məlumat verildi. Biz yalnız işğaldan azad olunan ərazilərə deyil, münaqişə zonasından kənarda yerləşən mülki əhalinin yaşadığı ərazilərin də münaqişənin təsirlərinə məruz qaldığının şahidi olduq. Bunlar hamısı insanlığa qarşı cinayətlərdir”.

“Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazian Bin Yusof deyib.

“Bizi narahat edən məsələlərdən biri də baş çəkdiyimiz bütün ərazilərdə ibadət yerlərinin dağıdılmasıdır. Biz Azərbaycanla həmrəylik nümayiş etdirmişik və noyabrın 10-da imzalanan bəyanatı dəstəkləyirik. Bərpa prosesində də öz dəstəyimizi nümayiş etdirəcəyik. Həmçinin Azərbaycan xalqına bu prosesdə mənəvi dəstək də lazımdır”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi