Leonid Slutskiy: "Qarabağ torpağına sülh gəlir, infrastruktur bərpa olunur"

Leonid Slutskiy: "Qarabağ torpağına sülh gəlir, infrastruktur bərpa olunur" “Bir il əvvəl qəbul edilmiş tarixi qərar qan axıdılmasının qarşısını aldı. Qarabağ torpağına sülh gəlir, infrastruktur bərpa olunur. Əsas olan da budur”.
Qarabağ
9 Noyabr , 2021 18:03
Leonid Slutskiy: Qarabağ torpağına sülh gəlir, infrastruktur bərpa olunur
Leonid Slutskiy

“Bir il əvvəl qəbul edilmiş tarixi qərar qan axıdılmasının qarşısını aldı. Qarabağ torpağına sülh gəlir, infrastruktur bərpa olunur. Əsas olan da budur”.

Bu fikirləri “Report”un Rusiya bürosuna Rusiya Dövlət Duması Federal Məclisinin beynəlxalq işləri komitəsinin sədri Leonid Slutskiy bildirib.

Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin özünü müdrik siyasətçi kimi sübut etdiyini söyləyib: "Sirr deyil ki, Azərbaycan Ordusu hərbi mövqelər baxımından irəliləmək imkanına malik idi. Lakin insanların həyatı və regionun sabitliyi naminə Prezident İlham Əliyev 2020-ci il noyabrın 10-da döyüşləri dayandırdı. Bu, əsl liderə xas olan cəsarətli addım idi”.

Onun fikrincə, döyüşlərin dayandırılması haqqında razılaşma Rusiya Prezidentinin vasitəçiliyi ilə əldə olunub: “Rusiya sülh danışıqlarının aparılmasında və hərbi əməliyyatların dayandırılmasında özünü səmərəli vasitəçi kimi nümayiş etdirdi. Artıq bir ildir ki, Rusiya sülhməramlılar regionda vəziyyətə nəzarət etmək və yeni eskalasiyaya yol verməmək üçün Qarabağdadırlar”.

Cənubi Qafqazda “3+3” formatında regional mexanizmin həyata keçirilməsinə gəlincə, rusiyalı politoloq Rusiyanın bu istiqamətdə fəal işlədiyini və həyata keçəcəyi təqdirdə, bu mexanizmin regionda sülhün möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi