Rusiya XİN: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiya mümkün qədər tez fəaliyyətə başlamalıdır”

Rusiya XİN: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiya mümkün qədər tez fəaliyyətə başlamalıdır” "Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez formalaşdırılmalı və fəaliyyətə başlamalıdır. Bu prosesdə rəsmi Bakı və İrəvana konsultativ yardım göstərməyə hazırıq”.
Qarabağ
496
21 Yanvar , 2022 13:08
Rusiya XİN: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiya mümkün qədər tez fəaliyyətə başlamalıdır”

"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez formalaşdırılmalı və fəaliyyətə başlamalıdır. Bu prosesdə rəsmi Bakı və İrəvana konsultativ yardım göstərməyə hazırıq”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

Ölkənin xarici işlər naziri Sergey Lavrovun yanvarın 14-də keçirdiyi mətbuat konfransında jurnalistlərin səsləndirdiyi sualları bu gün yazılı formada cavablandıran XİN-dən qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qoşulmaq istəyən hər kəs tərəflərin maraqlarını nəzərə almalıdır: “Rusiya Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qoşulmaq istəyən hər kəsin tərəflərin maraqlarından çıxış etməli olduğuna və Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatı nəzərə almalı olduğuna tərəfdar çıxış edir”.

Nazirlikdən bildirilib ki, bu il Rusiya ilə MDB ölkələrinin çoxu, o cümlədən Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. “Biz silsilə yubiley tədbirlər hazırlayırıq. Bu tədbirlərin mədəni-maarifləndirici xarakter daşıdığını nəzərə alsaq, onların ictimaiyyət üçün maraqlı olacağını düşünürük”.

Son xəbərlər

Orphus sistemi