Kürdəmir və Ağsuda şəhidlərin xatirəsi anılıb

Kürdəmir və Ağsuda şəhidlərin xatirəsi anılıb Dekabrın 4-də saat 12:00-da Kürdəmir və Ağsu rayonlarında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarabağ
4 Dekabr , 2020 17:49
Kürdəmir və Ağsuda şəhidlərin xatirəsi anılıb

Dekabrın 4-ü saat 12:00-da Kürdəmir və Ağsu rayonlarında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, rayonun mərkəzində və ərazisində insanlar şəhidlərimizin ruhunu ehtiramla anıb, dualar oxunub, namaz qılınıb.

Eyni zamanda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb və avtomobillərdən siqnallar verilib.

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

Son xəbərlər

Orphus sistemi