Qubada Vətən müharibəsi şəhidləri anılıb

Qubada Vətən müharibəsi şəhidləri anılıb Dekabrın 4-də saat 12:00-da Qubada Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarabağ
822
4 Dekabr , 2020 12:51
Qubada Vətən müharibəsi şəhidləri anılıb
0 : 00
0 : 00

Dekabrın 4-də saat 12:00-da Qubada Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun mərkəzində və ərazisində insanlar şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.

Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb və avtomobillərdən siqnallar verilib.

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

Son xəbərlər

Orphus sistemi