Koreya şirkətləri Qarabağdakı “Yaşıl enerji zolağı” layihəsində iştirak etməkdə maraqlıdırlar

Koreya şirkətləri Qarabağdakı “Yaşıl enerji zolağı” layihəsində iştirak etməkdə maraqlıdırlar Azərbaycanın azad olunmuş ərazilərində infrastrukturun bərpasına dair layihələrdə iştirak etmək istəyən bir sıra Koreya şirkətləri Energetika Nazirliyinə müraciət ediblər.
Qarabağ
16 Sentyabr , 2021 15:18
Koreya şirkətləri Qarabağdakı “Yaşıl enerji zolağı” layihəsində iştirak etməkdə maraqlıdırlar

"Azərbaycanın azad olunmuş ərazilərində infrastrukturun bərpasına dair layihələrdə iştirak etmək istəyən bir sıra Koreya şirkətləri Energetika Nazirliyinə müraciət ediblər".

Bunu “Report”a müsahibəsində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Onq Op bildirib. Onun dediyinə görə, şirkətlər daha çox Qarabağda “Yaşıl enerji zolağı” layihəsinə maraq göstərirlər. 

“Yaxın vaxtlarda müsbət nəticələr əldə edə bilərik. Azərbaycan hökuməti bu layihəyə böyük əhəmiyyət verir, biz də bu yöndəki səylərə qoşuluruq. Koreya şirkətləri hansısa layihədə iştirak etmək üçün məlumat istədikdə səfirlik bunu təmin edir” - deyə səfir vurğulayıb.

Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin sürətli aparıldığına toxunan diplomat qeyd edib ki, 2021-ci ilin 5 sentyabr günü həmin hava limanına ilk sınaq uçuşunu həyata keçirən Azərbaycan verdiyi sözü tutduğunu sübut etdi: “Bu da xarici ölkələrin Azərbaycan hökumətinə və xalqına etimadını daha da artırır. Azərbaycan dediyini yerinə yetirdiyini göstərdi”.

Son xəbərlər

Orphus sistemi