Könül Nurullayeva: “Ermənistanın hərbi əməliyyatları davam etdirməyə resursu çatmır”

Könül Nurullayeva: “Ermənistanın hərbi əməliyyatları davam etdirməyə resursu çatmır” "Hərbi əməliyyatların ilk 4 günü ərzində aparılan hesablamalara görə, Ermənistana 1 milyard 200 milyon dəyərində zərər dəyib".
Qarabağ
2 Oktyabr , 2020 12:18
Könül Nurullayeva: “Ermənistanın hərbi əməliyyatları davam etdirməyə resursu çatmır”
Könül Nurullayeva

Ermənistan Qarabağda döyüşmək üçün Suriya, Livan və digər ölkələrdən qüvvələr gətirməklə dünyaya özünü “güclü ölkə” kimi təqdim etməyə çalışır. Lakin işğalçı ölkənin mövcud potensialı istər daxili auditoriyaya, istərsə də dünya ictimaiyyətinə yaxşı bəllidir. Muzdlu döyüşçülərdən istifadə etməsinə rəğmən, hərbi əməliyyatlar bu ölkəyə baha başa gələcək.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

"Görünən odur ki, işğalçı ölkə Azərbaycanla resurs müharibəsi aparmaq gücündə deyil. 3 milyona yaxın əhalisi olan Ermənistanda yoxsul əhali 23,3 faiz təşkil edir, yəni bu ölkədə hər 4 nəfərdən 1-i yoxsuldur. Hərbi əməliyyatların vurduğu zərəri aradan qaldırmaq üçün isə təbii ki, külli miqdarda maliyyə vəsaiti tələb olunur. İqtisadçılar da bildirir ki, bu maliyyə vəsaitini əldə etmək üçün ilk növbədə investisiya yatırımı olmalıdır. Ermənistan isə heç vaxt investorlar üçün cəlbedici olmayıb. Üstəlik, işğal siyasəti ucbatından bütün regional və qlobal nəqliyyat - enerji layihələrindən kənarda qalıb. İqtisadi təhlillər də göstərir ki, hərbi əməliyyatların başladığı 5-6 gün ərzində artıq Ermənistan ərzaq böhranı ilə üz-üzədir. Hərbi əməliyyatların nə zaman yekunlaşacağını isə proqnozlaşdırmaq indiki məqamda mümkün deyil. Bu isə onu deməyə əsas verir ki, hərbi əməliyyatlar Ermənistanın həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən iflası ilə nəticələnəcək. Ermənistan üçün yeganə çıxış yolu var - Prezident İlham Əliyevin müalicə olunan yaralı hərbçilərlə görüşdə də söylədiyi kimi, erməni xalqı Azərbaycanla sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etməli, uzun illər ona rəhbərlik edən quldur kriminal rejimdən birdəfəlik xilas olmalıdır", - deyə, deputat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi