Bakı. 5 sentyabr. REPORT.AZ/ "Sentyabrda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş planlaşdırılıb".
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Daşnaksyutun Partiyasının siyasi məsələlər üzrə ofisinin başçısı Kiro Manoyan sentyabrın 5-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, görüş BMT Baş Assammbleyasının sentyabrda keçiriləcək sessiyası çərçivəsində baş tutacaq: "Görüşdə ATƏT-in Minsk qrupunun həmsədləri, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri iştirak edəcəklər".