Siyasi ekspert: "Fransa Prezidenti münaqişənin yenidən alovlanmasında mühüm rol oynayır"

Siyasi ekspert: "Fransa Prezidenti münaqişənin yenidən alovlanmasında mühüm rol oynayır" "Fransa Prezidenti Emmanuel Makron münaqişənin yenidən alovlanmasında mühüm rol oynayır".
Qarabağ
18 Oktyabr , 2022 16:37
Siyasi ekspert: Fransa Prezidenti münaqişənin yenidən alovlanmasında mühüm rol oynayır

"Fransa Prezidenti Emmanuel Makron münaqişənin yenidən alovlanmasında mühüm rol oynayır".

Bunu “Report”a səfir, hüquq elmləri doktoru, professor Namiq Əliyev deyib.

O bildirib ki, Makronun münaqişə ilə bağlı son bəyanatlarını şəxsi fikri kimi təqdim etmək cəhdi heç nəyi dəyişmir: "Bu bəyanatları Fransa Prezidenti səsləndirib və o, hər zaman Ermənistanın yanında olacağını vəd edib. Fransa bir sıra səbəblərə görə Qarabağ münaqişəsinin həllində qərəzsiz olmaq iqtidarında deyil".

Siyasi ekspert erməni diasporu ilə Fransanın yuxarı dairələri arasında münasibətlərdə korrupsiya komponentinin olmasına şübhə etmədiyini də vurğulayıb.

Onun sözlərinə görə, bunun kökləri XX əsrdə erməni dövlətçiliyinin formalaşmasına gedib çıxır ki, bu məsələdə Fransa bilavasitə iştirak edib və himayədar kimi çıxış edib: "Buna görə də, Fransanın Minsk qrupunun tərkibinə daxil edilməsi doğru deyildi. Vasitəçi neytral olmalıdır. Əks halda, istənilən missiya uğursuzluğa məhkumdur".

N.Əliyevin fikrincə, bura Fransa Senatının azərbaycanafob əhval-ruhiyyənin açıq-aşkar sezildiyi qərarlarını da əlavə etmək lazımdır: "Son olaraq, Makronun nüvə silahından istifadə etməyəcəyi ilə bağlı verdiyi son vədinə də diqqət çəkmək istərdim ki, bu da Ukraynada müharibəni qızışdırmaq istəyindən xəbər verir. Onun Cənubi Qafqaza qarşı aqressiv siyasəti ilə birlikdə bu uğursuz siyasətçinin yırtıcı mahiyyəti ortaya çıxır ki, bu da çox suallar doğurur”.

Son xəbərlər

Orphus sistemi