İtaliyalı səyyah: “Kəlbəcərin təbiətinin gözəlliyi heyrətamizdir”

İtaliyalı səyyah: “Kəlbəcərin təbiətinin gözəlliyi heyrətamizdir” “Ən çox diqqət çəkən şey Qarabağın, xüsusən də Kəlbəcərin təbiətinin gözəlliyinin heyrətamiz olmasıdır".
Qarabağ
18 Fevral , 2022 20:24
İtaliyalı səyyah: “Kəlbəcərin təbiətinin gözəlliyi heyrətamizdir”

“Ən çox diqqətçəkən Qarabağın, xüsusən də Kəlbəcərin təbiətinin gözəlliyinin heyrətamiz olmasıdır".

“Report” xəbər verir ki, bunu italiyalı səyyah Nikola Korotella Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərin yekununda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bərpa işləri başa çatdıqdan sonra regionun necə gözəl olacağını təsəvvür etmək çox xoşdur.

Səyyah, həmçinin qeyd edib ki, infrastrukturun bərpası prosesi mürəkkəb və uzunmüddətlidir, lakin bu, hər şeyi sıfırdan ən yüksək səviyyədə bərpa etmək şansıdır.

Qeyd edək ki, 21 ölkədən olan tanınmış əcnəbi səyyahlar Füzuli-Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olublar. Üçgünlük səfər zamanı onlar bu ərazilərdəki tarixi-mədəni abidələr, işğal zamanı ermənilərin törətdikləri dağıntılar, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər ilə yaxından tanış olublar.

Son xəbərlər

Orphus sistemi