İslam Əməkdaşlıq Təşkilatından Azərbaycana tam dəstək

İslam Əməkdaşlıq Təşkilatından Azərbaycana tam dəstək İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsə rəğmən davamlı hücum etməsini və dinc əhalini hədəfə almasını pisləyib
Qarabağ
2993
22 Oktyabr , 2020 16:52
İslam Əməkdaşlıq Təşkilatından Azərbaycana tam dəstək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsə rəğmən, davamlı hücum etməsini və dinc əhalini hədəfə almasını pisləyib.

“Report” xəbər verir ki, bu barədə Təşkilatın bəyanatında qeyd olunub.

Bəyanatda təşkilatın Azərbaycanla həmrəyliyi, İƏT və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri vurğulanıb.

“Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır”, - bəyanatda bildirilib.

Son xəbərlər

Orphus sistemi