İndoneziya KİV: “Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərinin sübutudur”

İndoneziya KİV: “Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərinin sübutudur” 1992-ci il fevralın 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı vəhşiliklərinin sübutudur.
Qarabağ
23 Fevral , 2023 15:45
İndoneziya KİV: “Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərinin sübutudur”

1992-ci il fevralın 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı vəhşiliklərinin sübutudur.

“Report”un məlumatına görə, bu barədə İndoneziyanın “Jubi.id” xəbər portalında dərc olunan məqalədə deyilir.

Məqalə müəllifi Azərbaycan xalqının tarixinə qara hərflərlə düşmüş Xocalı soyqırımını 20-ci əsrin faciəsi adlandırıb: “Bu faciə nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca daxil olmaqla, 613 nəfər vəhşicəsinə qətlə yetirilib, 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb, onlardan 150-sinin taleyi hələ də məlum deyil”.

Qeyd edilib ki, Ermənistan Azərbaycanın bir zamanlar işğal altında olmuş ərazilərindən nəinki 1 milyondan çox azərbaycanlını doğma yurdundan didərgin salıb, etnik təmizləmə həyata keçirib, həm də münaqişə zamanı azərbaycanlı əhaliyə qarşı ağır cinayətlər törədib: “Onlar dinc əhalini amansızlıqla qətlə yetiriblər. Bu, ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərini sübut edir. Xocalı soyqırımı münaqişənin ən qanlı və ən böyük qətliamı olsa da, bu, yeganə qətliam olmayıb. Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli və Quşçular kəndlərində də ermənilər tərəfindən kütləvi qətliamlar törədilib”.

“Bütün dünya anlamalıdır ki, Xocalıda törədilənlər təkcə Azərbaycanın dinc əhalisinə qarşı deyil, həm də bütün sivil və humanist dünyaya qarşı cinayətdir”, - müəllif sonda vurğulayıb.

Son xəbərlər

Orphus sistemi