İqor Popov: "Ümid edirik ki, bu ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq"

İqor Popov: "Ümid edirik ki, bu ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq" Rusiyalı həmsədr: "Prezidentlər görüşməyə meyillidir"
Qarabağ
28 Oktyabr , 2015 14:27
İqor Popov: Ümid edirik ki, bu ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Ermənistan prezidentləri görüşməyə meyillidir. Ümid edirik ki, bu görüş ilin sonunda baş tutacaq". 

"Report" xəbər verir ki, buunu jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.  

Qeyd edək ki, ATƏT-in  Minsk qrupunun həmsədrləri regionda səfərdədir. Oktyabrın 27-də Yerevandakı görüşlərdən sonra vasitəçilər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindən keçərək, Bakıya gəlib. Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüşünün təşkil etməkdi.  

Son xəbərlər

Orphus sistemi