Hikmət Cavadov: “Xarici təsirlər olmasa, Xankəndi-Laçın yolundakı vəziyyət tez həll olunacaq”

Hikmət Cavadov: “Xarici təsirlər olmasa, Xankəndi-Laçın yolundakı vəziyyət tez həll olunacaq” “Xarici təsirlər olmasa, Xankəndi-Laçın yolundakı vəziyyət tez həll olunacaq”
Qarabağ
27 Dekabr , 2022 16:00
Hikmət Cavadov: “Xarici təsirlər olmasa, Xankəndi-Laçın yolundakı vəziyyət tez həll olunacaq”

“Xarici təsirlər olmasa, Xankəndi-Laçın yolundakı vəziyyət tez həll olunacaq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) nümayəndəsi Hikmət Cavadov Kiyevdə Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazidə Azərbaycanın təbii sərvətlərinin talanması ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya regionda sabitləşdirici amil deyil, o, tərəflər arasında münaqişəni qızışdırmaq üçün qəsdən rusiyalı milyarder Ruben Vardanyanı Qarabağa göndərib.

“O, hər gün yerli ermənilərin qarşısında çıxış edir və deyir ki, azərbaycanlılarla barışmaq olmaz. Vardanyan sülhməramlılarla birgə hərəkət edir. O, vəziyyətin normallaşmaması, tərəflər arasında münasibətlərin yaxşılaşmaması üçün hər şeyi edir”, - H.Cavadov deyib.

O xatırladıb ki, Azərbaycan Qarabağ münaqişəsi yarandığı gündən onun həlli üçün dəfələrlə Rusiyaya müraciət edib.

“Amma necə kömək etdiyini görürük. İndi Ukraynada baş verənlər 90-cı illərdə Qarabağda da baş verib. Xocalıda azərbaycanlılar öldürüldüyü kimi, Mariupolda da ukraynalı dinc əhali qətlə yetirilib”, - UABD nümayəndəsi əlavə edib.

H.Cavadov sonda vurğulayıb ki, bu gün Azərbaycan güclü dövlətdir və ərazisinin bir qarışını belə kiməsə verməyə razı olmayacaq.

Son xəbərlər

Orphus sistemi