Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarına Milanda görüşməyi təklif edib

Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarına Milanda görüşməyi təklif edib Bakı. 13 noyabr. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu il dekabrın 6-7-də keçirilən iclasında iştirak edəcək.
Qarabağ
102
13 Noyabr , 2018 13:35
Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarına Milanda görüşməyi təklif edib

Bakı. 13 noyabr. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu il dekabrın 6-7-də keçirilən iclasında iştirak edəcək.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı XİN-in mətbuat katibi Anna Nağdəliyan bildirib.

O, ATƏT Minsk qrupu həmsədrləri tərəfindən həmin iclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi ilə bağlı təklif irəli sürüldüyünü deyib: “Görüş təsdiq edilən kimi ictimaiyyət məlumatlandırılacaq”.

Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Visconti (Fransa), Andrü Şefer (ABŞ) oktyabrın 29-dan noyabrən 2-dək Rusiya və Cənubi Qafqaz regionunda səfərdə olmuşdular.

Son xəbərlər

Orphus sistemi