“Əgər 2020-ci ildə Azərbaycan minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk 10 ölkə sırasında idisə, son statik məlumatlara görə, ölkə artıq ilk beşliyə, hətta üçlüyə daxildir”.
“Report” xəbər verir ki, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təəssüf ki, Azərbaycan mina məsələsi ilə bağlı beynəlxalq ictimaiyyətdən lazımi dəstək ala bilmir: "Bu günə kimi 301 nəfər minaların qurbanı olub ki, onlardan 55-i mülki şəxsdir. Minalar Azərbaycan üçün böyük problemdir və biz bu problemi öz gücümüz hesabına həll etməyə çalışırıq".
H.Səfixanov bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə bir milyona yaxın, hətta daha çox mina və partlamamış hərbi sursat var: “Biz beynəlxalq təcrübədən istifadə etməli və mina probleminin həlli üçün maarifləndirmə tədbirlərini gücləndirməliyik”.