Gənclər və könüllülər Ağdam Cümə məscidində olublar

Gənclər və könüllülər Ağdam Cümə məscidində olublar Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və könüllülər Ağdam rayonuna səfər çərçivəsində Cümə məscidində olublar.
Qarabağ
14 Avqust , 2021 15:49
Gənclər və könüllülər Ağdam Cümə məscidində olublar

Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və könüllülər Ağdam rayonuna səfər çərçivəsində Cümə məscidində olublar.

"Report"un Qarabağ Mərkəzi xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ağdam rayonu üzrə nümayəndəsi Mirzə Cavadov tarixi abidə barədə qonaqlara məlumat verib.

O bildirib ki, Ağdam Cümə məscidi Kərbəlayi Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə inşa edilib: "İşğalda olduğu müddətdə məsciddə heyvan saxlanılıb. Məscidin tamamilə dağıdılmamasının əsas səbəblərindən biri də minarələrdən ətrafa nəzarət etmək üçün istifadə etmələridir. Tezliklə işğal zamanı ermənilərin dağıtdığı Ağdam Cümə məscidi bərpa ediləcək".

Son xəbərlər

Orphus sistemi