Fransa nəşri: “Ermənilərin separatçı əhvali-ruhiyyəsinə baxmayaraq, Qarabağ Azərbaycanın bir hissəsidir”

Fransa nəşri: “Ermənilərin separatçı əhvali-ruhiyyəsinə baxmayaraq, Qarabağ Azərbaycanın bir hissəsidir” Qarabağda yaşayan erməni əhalinin separatçı əhvali-ruhiyyəsinə baxmayaraq, bu region beynəlxalq hüquq baxımından Azərbaycanın bir hissəsidir.
Qarabağ
1 May , 2023 15:49
Fransa nəşri: “Ermənilərin separatçı əhvali-ruhiyyəsinə baxmayaraq, Qarabağ Azərbaycanın bir hissəsidir”

Qarabağda yaşayan erməni əhalinin separatçı əhvali-ruhiyyəsinə baxmayaraq, bu region beynəlxalq hüquq baxımından Azərbaycanın bir hissəsidir.

“Report” xəbər verir ki, bu barədə Fransanın “L'Opinion” nəşrində dərc olunan məqalədə deyilir.

Qeyd edilib ki, erməni tərəfinin məlumatına görə, İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan “respublika”da 120 min nəfər yaşayır, amma rəsmi Bakı bu göstəricinin dəfələrlə az olduğu barədə məlumat verib: “Bundan başqa, bu regionda Ermənistanın azı 10 min nəfərlik hərbi kontingenti qalır. Bu da 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın müddəalarının pozulması deməkdir”.

Müəllifin sözlərinə görə, Fransa və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin başçılığı ilə Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçi kimi çıxış etməyə ümid edirlər: “Lakin Bakı hesab edir ki, Fransa Ermənistanla çox yaxın olduğu üçün bu məsələdə “vicdanlı vasitəçi” ola bilməz”.

Bildirilib ki, Ermənistanda Azərbaycanla sərhəddə Aİ missiyası yerləşdirilib: “Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna regiona səfəri zamanı bu missiyaya baş çəkib. Bakı İrəvanı bu missiyadan onun ərazisini işğal etmək üçün qalxan kimi istifadə etməkdə ittiham edir”.

Müəllifin fikrincə, K.Kolonna regiona səfəri zamanı Qarabağda yaşayan ermənilərin hüquqlarının təmin edilməsinin zəruriliyi ilə bağlı bəyanat verməklə Azərbaycanın bu ərazi üzərində suverenliyini tanıdığını göstərib: “Bundan başqa, Bakı üçün 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat çərçivəsində kommunikasiyaların açılması onun Naxçıvan ilə quru əlaqəsi üçün Zəngəzur dəhlizinin yaradılması deməkdir”.

Son xəbərlər

Orphus sistemi