Prezident: "Bütün vasitələrdən istifadə edirik ki, torpaqlarımızı azad edək"

Prezident: "Bütün vasitələrdən istifadə edirik ki, torpaqlarımızı azad edək" "Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir"
Qarabağ
28 Yanvar , 2019 21:43
Prezident: Bütün vasitələrdən istifadə edirik ki, torpaqlarımızı azad edək

Bakı. 28 yanvar. REPORT.AZ/ "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir".

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri ilə görüşdə söyləyib.

"Diplomatik müstəvidə biz maksimum nəticəyə nail ola bilmişik. Bu gün bütün dünya bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bildirir. Çoxsaylı qətnamələr, qərarlar, ikitərəfli formatda imzalanmış müqavilələr, bəyannamələr ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları – BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. Yəni, biz bütün vasitələrdən istifadə edirik ki, məsələni həll edək, torpaqlarımızı işğalçılardan azad edək", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi