Ermənistanın dinc azərbaycanlılara qarşı vəhşilikləri ilə bağlı beynəlxalq məhkəməyə müraciət olunacaq

Ermənistanın dinc azərbaycanlılara qarşı vəhşilikləri ilə bağlı beynəlxalq məhkəməyə müraciət olunacaq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vəhşiliklərlə bağlı beynəlxalq məhkəməyə müraciət olunacaq.
Qarabağ
10 Noyabr , 2020 20:34
Ermənistanın dinc azərbaycanlılara qarşı vəhşilikləri ilə bağlı beynəlxalq məhkəməyə müraciət olunacaq

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vəhşiliklərlə bağlı beynəlxalq məhkəməyə müraciət olunacaq.

"Report" xəbər verir ki, bu barədə noyabrın 10-da Azərbaycandakı diplomatik korpusun nümayəndələri ilə görüşdə İnsan Haqları üzrə Beynəlxalq Standartların İmplementasiyası üzrə işçi qrupun rəhbəri Kamil Səlimov deyib.

K.Səlimov bildirib ki, erməni hərbçiləri döyüş zonasından kənarda yerləşən yaşayış məntəqələrimizə artilleriya atəşi açıb, qadağan olunmuş silahlardan istifadə edib: "Bu, bir daha Ermənistanın müharibə cinayətləri törətməsinə əsaslı sübutdur. Ermənistan hərbçiləri ballistik raketlərdən istifadə edərək qırğınlar törədib, mülki şəxslər arasında ölən və yaralananlar var. Bununla bağlı aidiyyəti qurumlar araşdırma aparır, araşdırmalar başa çatandan sonra faktlar toplanaraq beynəlxalq məhkəmələrə göndəriləcək və cavabdeh şəxslər cəzalandırılacaq".

Ermənistanda hazırda çaxnaşmanın davam etdiyini bildirən K.Səlimov qeyd edib ki, ölkəni idarə edən şəxslərin cinayətkar dəstə olduğu ortaya çıxdı: "Cinayətkarlardan ibarət strukturun isə sonu belə olmalı idi. İndi ermənilər baş naziri tapa bilmir, Milli Məclisdə bir-birilərini döyür, biabırçı vəziyyət yaranıb".

İşçi qrupun rəhbəri vurğulayıb ki, Azərbaycan xalqı birləşdi və ermənilərin 30 il ərzində qurduğu istehkamı qısa müddətdə məhv etdi. İndi hamı Azərbaycanın bu gücünə təəccüb qalıb.

Son xəbərlər

Orphus sistemi