“Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabının təqdimatı keçirilib

“Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabının təqdimatı keçirilib Tədbir 249 nömrəli tam orta məktəbdə təşkil olunub
Qarabağ
27 Oktyabr , 2017 15:36
“Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabının təqdimatı keçirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakıdakı 249 nömrəli tam orta məktəbdə millət vəkili Aydın Mirzəzadənin “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitabın təqdimat mərasimi keçirilib.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə millət vəkili Aydın Mirzəzadə, BŞTİ-nin sektor müdiri Afiq Əzizov, məktəb direktoru Nizami Bayramov, müəllim, şagird və media nümayəndələri iştirak ediblər.

Aydın Mirzəzadə və digər qonaqlar əvvəlcə ermənilər tərəfindən bu il iyulun 4-də vəhşicəsinə öldürülən Zəhra Quliyeva ilə bağlı çəkdiyi rəsmi “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabında yerləşdirilən Nəsibə Seyidovanın təhsil aldığı V sinifdə olub. Millət vəkili şagirdlərin dərsləri ilə maraqlanıb, eyni zamanda ermənilərin törətdiyi vəhşiliklərdən, Azərbaycan xalqının vətənpərvərliyindən danışıb.

Sonra tədbir məktəbin akt zalında davam etdirilib. Tədbirdə kitabın tərtibçisi, millət vəkili Aydın Mirzəzadə “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabı haqqında ətraflı məlumat verib. A.Mirzəzadə bildirib ki, kitabın nəşrində məqsəd Zəhranın ermənilər tərəfindən öldürülməsi faktını tarixə salmaq və bunu gələcək nəsillərə çatdırmaqdır. Millət vəkili ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən, torpaqlarımızın 20 faizinin işğal altında olmasından, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyətində qalmasından da bəhs edib.

Son xəbərlər

Orphus sistemi