Ermənistan ordusunun hərbi hissələrindən birində partlayış olub, xeyli sayda ölən və yaralanan var

Ermənistan ordusunun hərbi hissələrindən birində partlayış olub, xeyli sayda ölən və yaralanan var Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır
Qarabağ
20 Oktyabr , 2017 18:39
Ermənistan ordusunun hərbi hissələrindən birində partlayış olub, xeyli sayda ölən və yaralanan var

Bakı. 20 oktyabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Xocavənd rayonunda dislokasiya olunan hərbi hissələrindən birində partlayış baş verib. 

"Report"un məlumatına görə, bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri xəbər yayıblar. 

Məlumatda hadisənin oktyabrın 19-da baş verdiyi və xeyli sayda ölən və yaralananın olduğu qeyd edilib.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və digər xüsusi texnika cəlb edilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. 

Partlayış baş verən ərazidə müxtəlif qurumların vəzifəli şəxslərindən ibarət komissiya işləyir.

Son xəbərlər

Orphus sistemi