Qoşunların təmas xəttində ermənilərin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır
Bakı. 6 fevral. REPORT.AZ/ Əvvəlcədən müəyyən edilmiş koordinatlara əsasən, düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin texnikası və şəxsi heyəti sıradan çıxarılıb. Ehtimala görə, ən azı düşmən tərəfdən 2 hərbi texnika və canlı qüvvə məhv edilib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Həmçinin, nazirlik müvafiq görüntüləri də yayımlayıb.