Ermənilər: Müdafiə Nazirliyi vəziyyəti qətiyyən idarə edə bilmir

Ermənilər: Müdafiə Nazirliyi vəziyyəti qətiyyən idarə edə bilmir Ermənistanda ikinci Qarabağ müharibəsində itkin düşən hərbçilərin valideynlərinin Müdafiə Nazirliyinin Baş qərargah rəisi və digər nümayəndələri ilə görüşü nəticəsiz başa çatıb
Qarabağ
9 Aprel , 2021 23:46
Ermənilər: Müdafiə Nazirliyi vəziyyəti qətiyyən idarə edə bilmir

Ermənistanda ikinci Qarabağ müharibəsində itkin düşən hərbçilərin valideynlərinin Müdafiə Nazirliyinin Baş qərargah rəisi və digər nümayəndələri ilə görüşü nəticəsiz başa çatıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, valideynlər 4 saatdan çox davam edən görüşdən sonra jurnalistlərə bildiriblər ki, danışıqların nəticələrindən razı qalmayıblar.

"Bu insanlar, xüsusən Baş qərargah rəisi vəziyyəti qətiyyən idarə edə bilmirlər. O (Baş qərargah rəisi - red) bildirdi ki, bütün bunlar (hərbçilərlə bağlı qaldırılan məsələlər) onun səlahiyyətlərinə daxil deyil və istənilən məsələnin həllini tapmaq mümkündür", - hərbçilərin valideynlərdən biri bildirib.

Buna baxmayaraq, itkin hərbi qulluqçuların yaxınları Müdafiə Nazirliyinin binasına giriş-çıxışa icazə veriblər. Qeyd edək ki, hərbçilərin yaxınları binanı dünən bloklamışdılar.

Son xəbərlər

Orphus sistemi