Ermənilər Şuşa türməsində 12 yaşlı azərbaycanlı uşağa dəhşətli işgəncə veriblər

Ermənilər Şuşa türməsində 12 yaşlı azərbaycanlı uşağa dəhşətli işgəncə veriblər Birinci Qarabağ müharibəsində girov götürülərək Şuşa türməsində ağır işgəncələrə məruz qalan azərbaycanlı Cəmaləddin Hüseynov ermənilərin törətdiyi vəhşiliklərdən danışıb.
Qarabağ
3 İyun , 2023 14:43
Ermənilər Şuşa türməsində 12 yaşlı azərbaycanlı uşağa dəhşətli işgəncə veriblər

Birinci Qarabağ müharibəsində girov götürülərək Şuşa türməsində ağır işgəncələrə məruz qalan azərbaycanlı Cəmaləddin Hüseynov ermənilərin törətdiyi vəhşiliklərdən danışıb.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, o, jurnalistlərə açıqlamasında şahidlik etdiyi dəhşətli hadisələri nəql edib.

C.Hüseynov bildirib ki, 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndi işğal olunanda 12 yaşında olarkən ermənilər tərəfindən girov götürülüb:

"Bizi Əsgərana gətirdilər və orada bir həftə saxlayandan sonra Şuşa türməsinə apardılar. Şuşa türməsinə gətirəndən sonra gördük ki, dayanmağa, oturmağa yer belə yoxdur. Çünki türmə qız, gəlin, uşaq, qocalarla doldurulmuşdu. Onlar hər kəsə işgəncə verirdilər, xüsusi amansızlıqla qəddarlıq nümayiş etdirirlər. Ölənləri sürüyüb bizə çıxarmağı əmr edirdilər. Sonra isə meyitləri ekskvatorlar vasitəsilə qazılmış 3, 5 və 10 meyit olmaqla kütləvi məzarlıqda basdırırdılar. Hətta gözümdən görmüşəm ki, hamilə qadınların bətnini yarıb can verə-verə donuzların qarşısına tullayırdılar. Onlar qışqıra-qışqıra donuzlara yem olurdu".

Son xəbərlər

Orphus sistemi