Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 25 dəfə pozub

Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 25 dəfə pozub Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub
Qarabağ
9 Noyabr , 2016 09:06
Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 25 dəfə pozub
Report.az

Bakı. 9 noyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ermənistan Respublikası İcevan və Noyemberyan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli və Kəmərli kəndlərində, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi