Emil Pənahov: “Pasxa bayramını Hadrutda qeyd etmək çox sevindiricidir"

Emil Pənahov: “Pasxa bayramını Hadrutda qeyd etmək çox sevindiricidir" “Pasxa bayramını Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyd etmək bizim üçün çox sevindiricidir”.
Qarabağ
14 Aprel , 2022 15:38
Emil Pənahov: “Pasxa bayramını Hadrutda qeyd etmək çox sevindiricidir

“Pasxa bayramını Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyd etmək bizim üçün çox sevindiricidir”.

“Report” xəbər verir ki, bunu “Vineyard” xristian dini icmasının nümayəndəsi Emil Pənahov Hadrutda jurnalistlərə bildirib.

“Bu bayramı burada qeyd etmək bizim üçün qürurvericidir. Dualarımız eşidildi. İnanırıq ki, gələcəkdə də bayramı burada qeyd edəcəyik”, - o deyib.

Xatırladaq ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Pasxa bayramı münasibətilə ölkənin xristian dini icmalarının nümayəndələri Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsinə səfər ediblər.

Son xəbərlər

Orphus sistemi