Bakı. 5 noyabr. REPORT.AZ/ "
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri
XİN başçısı vurğulayıb ki, Azərbaycan Fələstinə, o cümlədən Yaxın Şərq münaqişəsinin həllində tam dəstək göstərir.
E.Məmmədyarov Fələstinin BMT-nin tamhüquqlu üzvü olacağına əminliyini ifadə edib: "Bu, artıq baş verir. Ümid edirəm ki, bir gün bu, mütləq baş verəcək. Mənim üçün bu aydın məsələdir".
"Həmçinin UNRWA (BMT-nin fələstinli qaçqınlara yardım göstərmək və işlərin təşkili üçün Yaxın Şərq Agentliyi) layihələri çərçivəsində də Fələstinə dəstək verməyə davam edəcəyik", - o deyib.
XİN başçısı Azərbaycanın özünün də qonşu Ermənistan tərəfindən torpaqlarının işğalı ilə üzləşdiyinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi ilə qarşılaşdığına görə, münaqişə çərçivəsində Fələstini dəstəklədiyini qeyd edib: "Məsələ də bundadır. Qətnamələr icra olunmursa, bu təşkilatın sülh və təhlükəsizliyin təmin edilməsi məsələsindəki qabiliyyəti sula doğurur. Bizim məsələmizdə qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını açıq şəkildə ifadə edən 4 qətnamə qəbul olunub. Onlardan birincisi 1993-cü ildə qəbul edilib, lakin indiyə qədər tətbiq olunmayıb və münaqişə həll olunmamış qalır. Odur ki, Azərbaycanda hamı sizin probleminizi başa düşür".