Elmar Məmmədyarov BMT baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Elmar Məmmədyarov BMT baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-də BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.
Qarabağ
29 Sentyabr , 2018 11:55
Elmar Məmmədyarov BMT baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-də BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb. 

XİN-dən "Report"a verilən məlumata görə, baş katib Bakıya səfərlərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq onun salam və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. 

A.Quterreş Azərbaycanın dövlət başçısının rəhbərliyi altında bütün istiqamətlərdə ölkəmizdə həyata keçirilən səmərəli fəaliyyəti yüksək qiymətləndirdiyini qeyd edərək Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası və mədəniyyətlərarası dialoqun təşviqinə verilən dəstək və töhfəni xüsusi olaraq vurğulayıb.

E.Məmmədyarov səmimi qəbula görə baş katibə minnətdarlığını bildirərək onu 2019-cu iin iyunun 14-15-də Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Sammitində iştirak etməyə dəvət edib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir BMT baş katibinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə iki gün əvvəl Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə məlumat verib.

E.Məmmədyarov qeyd olunan görüşün nəticələrinə əsasən Minsk qrupunun həmsədrləri tərəfindən yayılmış bəyanatda da qeyd olunduğu kimi, substantiv danışıqların intensivləşdirilməsinin zəruri olduğunu vurğulayıb.

A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd edib və BMT qurumlarının və şəxsən özünün sülh prosesinin inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran və BMT-nin gündəliyində duran digər məsələlər barəsində geniş fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi