Bakı. 21 sentyabr.
“Report”un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük qayıdışın başlanğıcı-Cocuq Mərcanlı” filminin təqdimat mərasimində Ermənistan prezidenti Serj Sarqsyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Sarqsyan bu çıxışla özünü biabır edib: “Necə ola bilər ki, sən bir ölkənin torpaqlarını işğal edirsən, insanları məcburi edirsən, sonra da bu cür çıxış edirsən?! Bu, tərbiyəsizlikdir. Çıxışı zamanı da əzilib-büzülürdü - günahkar insanlar belə edir. Əksinə, Prezident İlham Əliyev isə qətiyyətli çıxış etdi”.
Ə.Həsənov vurğulayıb ki, Ermənistan prezidenti cinayətkardır.