Əli Həsənov: “Düşünürük ki, ilk Avropa Oyunları erməni və Azərbaycan xalqlarının yaxınlaşmasında bir pozitiv vasitə rolunu oynayacaq”

Əli Həsənov: “Düşünürük ki, ilk Avropa Oyunları erməni və Azərbaycan xalqlarının yaxınlaşmasında bir pozitiv vasitə rolunu oynayacaq” “Bir dövlət BMT-nin qətnamələrinə meydan oxuyur”
Qarabağ
11 İyun , 2015 17:20
Əli Həsənov: “Düşünürük ki, ilk Avropa Oyunları erməni və Azərbaycan xalqlarının yaxınlaşmasında bir pozitiv vasitə rolunu oynayacaq”

Bakı. 11 iyun. REPORT.AZ/ “Bildiyiniz kimi, Bakıda keçiriləcək birinci Avropa Oyunlarında Ermənistan idmançıları da iştirak edir. Düşünürük ki, ilk Avropa Oyunları erməni və Azərbaycan xalqlarının yaxınlaşmasında bir pozitiv vasitə rolunu oynayacaq. Azərbaycan vətəndaşlarına və hökumət rəsmilərinə bəllidir ki, Dağlıq Qarabağ əhalisi də faktiki olaraq Ermənistandakı bəzi separatçı rəhbərlərin, separat düşüncəli siyasilərin girovuna çevrilib. 25 ilə yaxındır ki, münaqişə fonunda 1 milyondan artıq Azərbaycan vətəndaşı öz yurd-yuvasından didərgin salınıb, qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur olub. Bu müddət ərzində BMT-nin 4 qətnaməsi qəbul olunub ki, bu sənədlərin tələbləri Ermənistan tərəfindən faktiki olaraq yerinə yetirilmir. Bir dövlət BMT-nin bu qətnamələrinə meydan oxuyur”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən mətbuat konfransında deyib.

Ə.Həsənov təəssüf hissi ilə qeyd edib ki, Dağlıq Qarabağ problemi mövcuddur, buna görə də bölgədə və dünyada sülhün bərqərar olmasından söhbət gedə bilməz: “Biz aləmə çatdırırıq ki, dünyada olan sülh normaları eyni şəkildə bütün ölkələrə tətbiq olunmasa, belə hadisələr hələ bizi çox gözləyəcək”.

Son xəbərlər

Orphus sistemi