Eldar Səmədov: "Sarıcalıda aşkarlanan kütləvi məzarlıq ermənilərin növbəti cinayət faktıdır"

Eldar Səmədov: "Sarıcalıda aşkarlanan kütləvi məzarlıq ermənilərin növbəti cinayət faktıdır" “Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində aşkarlanan kütləvi məzarlıq ermənilərin növbəti cinayət faktıdır”.
Qarabağ
19 İyun , 2023 12:28
Eldar Səmədov: Sarıcalıda aşkarlanan kütləvi məzarlıq ermənilərin növbəti cinayət faktıdır
Eldar Səmədov

“Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində aşkarlanan kütləvi məzarlıq ermənilərin növbəti cinayət faktıdır”.

“Report” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, bu, artıq aşkar edilən 8-ci kütləvi məzarlıqdır.

İşçi qrupu rəhbərinin müavini bildirib ki, üçtərəfli bəyanat imzalandıqdan sonra indiyədək 400-dən artıq vətəndaşımıza aid meyit qalıqları aşkar edilib.

E.Səmədov vurğulayıb ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Dövlət Komissiyası aidiyyəti dövlət qurumları ilə birgə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən olunması istiqamətində axtarış və qazıntı işlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi