Ekspert: "Qərb Ermənistanın işğalçı siyasətinə göz yummaqda davam edir"

Ekspert: "Qərb Ermənistanın işğalçı siyasətinə göz yummaqda davam edir" "Fransa XİN və ABŞ Dövlət Departamenti məsafə saxlamaqda və biabırçı sükut etməkdə davam edirlər. Onlar Ermənistanın Cənubi Qafqazda yürütdüyü işğalçı siyasətə göz yumurlar”
Qarabağ
25 İyun , 2021 13:15
Ekspert: Qərb Ermənistanın işğalçı siyasətinə göz yummaqda davam edir

“Təhlükəsizlik sahəsində qlobal vəziyyətdən, həmçinin Avropa ilə bağlı yaxın və uzaq təhdidlərdən söhbət getdiyi bir zamanda Fransa XİN və ABŞ Dövlət Departamenti məsafə saxlamaqda və biabırçı sükut etməkdə davam edirlər. Onlar Ermənistanın Cənubi Qafqazda yürütdüyü işğalçı siyasətə göz yumurlar”.

Bu barədə “Report”a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys iyunun 24-də Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasını şərh edərkən bildirib.

“Ermənistanın təbliğ etdiyi və yaydığı zorakılıq müqabilində Cənubi Qafqazda iqtisadi səviyyənin və sənaye layihələrinin inkişaf etməsi üçün rəsmi Vaşinqton və Brüssel tərəfindən təxirəsalınmaz addımlar atılmalıdır”, - politoloq bildirib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dünən Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Son xəbərlər

Orphus sistemi