Ekspert: “Avropa Şurası Nazirlər Komitəsinin və Aİ nümayəndə heyətinin bəyanatı tamamilə qərəzlidir”

Ekspert: “Avropa Şurası Nazirlər Komitəsinin və Aİ nümayəndə heyətinin bəyanatı tamamilə qərəzlidir” “Avropa Şurası Nazirlər Komitəsi və Avropa İttifaqının nümayəndə heyətinin oktyabrın 18-də Azərbaycan əleyhinə bəyanatı qərəzli və ədalətsizdir”.
Qarabağ
20 Oktyabr , 2023 12:34
Ekspert: “Avropa Şurası Nazirlər Komitəsinin və Aİ nümayəndə heyətinin bəyanatı tamamilə qərəzlidir”

“Avropa Şurası Nazirlər Komitəsi və Avropa İttifaqının nümayəndə heyətinin oktyabrın 18-də Azərbaycan əleyhinə bəyanatı qərəzli və ədalətsizdir”.

Bunu “Report”a açıqlamasında pakistanlı beynəlxalq əlaqələr üzrə analitik Xalid Taymur Əkrəm deyib.

Onun sözlərinə görə, bəyanat qərəzlidir və reallığa uyğun gəlmir: “Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüququn prinsip və normalarına əməl edib. Ölkə Qarabağ ermənilərinə burada qalmağı təklif edib və onlara hər cür köməklik göstərib. 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı, bu torpaqların işğalı zamanı ermənilərin azərbaycanlı mülki əhaliyə getmək üçün dəhliz belə verməməsinə baxmayaraq, Azərbaycan ermənilərə yardım göstərib və qalmağı təklif edib”.

Pakistanlı analitik vurğulayıb ki, bu bəyanat həm də Azərbaycana münasibətdə ikili standartları göstərir: “Ermənistandan fərqli olaraq, Azərbaycan başqa ölkənin ərazilərini ələ keçirməyib, əksinə, torpaqlarını işğaldan azad edib. Azərbaycan başqa ölkənin ərazisinə mina yerləşdirməyib, etnik təmizləmə aparmayıb, mədəniyyət abidələrini məhv etməyib. Nədənsə, nə Avropa Şurası, nə də Avropa İttifaqı həmin vaxt Ermənistanın hərəkətlərini dayandırmaq, hətta onu qınamaq üçün heç bir addım atmayıb”.

Son xəbərlər

Orphus sistemi